6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya Qələbənin 80-ci ildönümü şərəfinə Ukraynaya sülh təklif edib

28-aprel-2025, 18:19
Rusiya Qələbənin 80-ci ildönümü şərəfinə Ukraynaya sülh təklif edib
Yazı Ölçüsü:
Rusiya bir daha şərtsiz sülh danışıqlarına hazır olduğunu bəyan edib.
"PostMedia" Kremlin Telegram kanalına istinadən xəbər verir ki, Rusiya 7 maydan 8 may gecəsi saat 00:00-dan, 10 maydan 11 may gecəsi saat 00:00-dək atəşkəs elan edib.
"Rusiya tərəfi bir daha Ukrayna böhranının əsas səbəblərinin aradan qaldırılmasına və beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlığa yönəlmiş şərtsiz sülh danışıqlarına hazır olduğunu bildirir", — deyə bəyanatda qeyd olunub.
Bu müddət ərzində bütün döyüş əməliyyatlarının dayandırılacağı bildirilib.
Rusiya Kiyevi Atəşkəs Elanına Riayət Etməyə Çağırıb. "Rusiya hesab edir ki, Ukrayna tərəfi də Qələbənin 80 illiyi günlərində atəşkəs elan olunması nümunəsinə riayət etməlidir" - Kremlin Telegram kanalında dərc olunub.
Xarici KİV-lər Putinin atəşkəs qərarını gözlənilməz adlandırıb.
Eyni zamanda Kreml bildirib ki, Ukrayna tərəfi atəşkəsi pozarsa, Rusiya Silahlı Qüvvələri cavab verəcək.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930