6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Litva motosiklet və mopedlərlə Belarus sərhədini keçməyi qadağan edib

16-aprel-2025
Litva motosiklet və mopedlərlə Belarus sərhədini keçməyi qadağan edib
Yazı Ölçüsü:
Litva hökuməti Belarusla sərhəddə qalan iki nəzarət-buraxılış məntəqəsindən (NBM) avtomobildən başqa digər nəqliyyat vasitələri ilə keçidi qadağan edib.
"PostMedia" xəbər verir ki, bu qərar Baltikyanı respublikanın Nazirlər Kabinetinin iclasında qəbul edilib. Bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Motosiklet və mopedlərlə sərhədi keçmə hallarında əhəmiyyətli artım nəzərə alınaraq bu nəqliyyat vasitələrinin hərəkətinə qadağa qoyulması qərara alınıb. Sərhədi yalnız avtomobillə keçmək mümkün olacaq”, – deyə məlumatda qeyd olunur.
Daha əvvəl Litva sərhəd-buraxılış məntəqələrindən piyada və velosipedlə keçmək də qadağan edilmişdi. Litva Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk rübündə motosiklet, moped və mühərrikli velosipedlərlə 6170 dəfə sərhəd keçidi halları qeydə alınıb, halbuki 2023-cü ilin eyni dövründə bu rəqəm cəmi 285 olub.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031