6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Azərbaycanda da fəaliyyət göstərən tanınmış avtomobil kirayəsi şirkətindən məlumatlar oğurlanıb

15-aprel-2025, 14:28
Azərbaycanda da fəaliyyət göstərən tanınmış avtomobil kirayəsi şirkətindən məlumatlar oğurlanıb
Yazı Ölçüsü:

Dünyanın ən böyük avtomobil icarə şirkətlərindən biri olan "Hertz"in sistemindən məlumat sızması baş verib.

"PostMeda" xəbər verir ki, şirkət baş verən məlumat sızması ilə bağlı açıqlama yayıb.

Məlumata görə, sızıntı 2024-cü ilin oktyabr-dekabr aylarında fayl transfer xidmətləri göstərən "Cleo Communications" tədarükçüsünün sistemindəki təhlükəsizlik boşluqları nəticəsində baş verib.

Hücum nəticəsində bəzi müştərilərin əlaqə vasitələri, kredit kartı, sürücü vəsiqəsi məlumatları oğurlanıb.

Kiçik bir qisim şəxsin sosial təminat, pasport və digər dövlət sənədlərinə dair məlumatlarının da risk altında olduğu bildirilib. Şirkət "Hertz"in öz sistemlərinin zərər görmədiyini və hadisə ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.

Hələlik bu məlumatların fırıldaqçılıq məqsədilə istifadə edildiyinə dair sübut yoxdur. "Hertz"n bu məlumat pozuntusu, şirkətin həm ABŞ-də, həm Türkiyədə, həm də Azərbaycanda fəaliyyət göstərməsi səbəbilə minlərlə istifadəçini əhatə edə bilər.


Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031