Çin, ABŞ-ın tətbiq etdiyi 145%-lik gömrük rüsumuna cavab olaraq yeni qərar qəbul edib.
"PostMedia" xəbər verir ki, Çin Maliyyə Nazirliyi ABŞ-dan idxal olunan məhsullara tətbiq edilən rüsumun 125%-ə yüksəldiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra gömrük tariflərini artırmaqla başladığı "ticarət müharibəsi" davam edir. Dünən ABŞ tərəfindən edilən açıqlamada Çin məhsullarına 145%-lik gömrük vergisi tətbiq edildiyi bildirilmişdi.
Bu açıqlamadan dərhal sonra Çin tərəfi də qarşı addım atdı. Çin Maliyyə Nazirliyinin məlumatına görə, ABŞ məhsullarına tətbiq edilən əlavə gömrük rüsumu əvvəlki 84%-dən 125%-ə qaldırılır. Yeni tarif 12 aprel şənbə günündən etibarən bütün ABŞ məhsullarına şamil ediləcək.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
