6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Niderland Ukraynaya dronlar üçün əlavə 250 milyon avro ayıracaq

09-sentyabr-2026, 11:36
Niderland Ukraynaya dronlar üçün əlavə 250 milyon avro ayıracaq
Yazı Ölçüsü:

Niderland hökuməti Ukraynaya əlavə hərbi yardım çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün 250 milyon avro ayıracaq.

"PostMedia" xəbər verir ki, bu barədə sentyabrın 9-da ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Niderland Ukrayna Silahlı Qüvvələri üçün dronların alınmasına daha 250 milyon avro yatırır", - nazirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, vəsait Kiyevə hərbi yardım üçün daha əvvəl təsdiqlənmiş maliyyənin yenidən bölüşdürülməsi hesabına ayrılacaq. Bununla da Niderlandın Ukraynaya dron tədarükü üzrə beynəlxalq təşəbbüsə ümumi töhfəsi 1 milyard avroya çatacaq.

Bundan əlavə, Niderland Ukraynaya F-16 qırıcıları üçün əlavə sursat da göndərəcək.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930