6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Polşada əlavə zenit-raket alayı yaradılıb

04-sentyabr-2026, 22:53
Polşada əlavə zenit-raket alayı yaradılıb
Yazı Ölçüsü:

Polşanın cənubunda ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi məqsədilə əlavə zenit-raket alayı yaradılıb.

"PostMedia" yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.

"Mən bu səhər 87-ci zenit-raket alayının yaradılması barədə qərarı imzaladım. 87-ci zenit-raket alayı Bjeqskoda yerləşdiriləcək", – deyə nazir "X" sosial şəbəkəsində yazıb.

O bildirib ki, yeni yaradılan alayın şəxsi heyəti təxminən 1 000 hərbçidən ibarət olacaq.

Polşa müdafiə naziri əlavə edib ki, alay hava hücumundan, raketlərdən və pilotsuz uçuş aparatlarından müdafiə üçün nəzərdə tutulan texnika ilə təchiz ediləcək. Bununla belə, o, konkret silah və hərbi texnika nümunələrinin adlarını açıqlamayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031