ABŞ Rusiya və Ukraynadan Vaşinqtonun Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və amerikalı liderin kürəkəni Cared Kuşnerin mümkün səfəri zamanı Moskva və Kiyevə qarşı zərbələrin müvəqqəti dayandırılmasını istəyib.
"PostMedia" xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, səfərlə bağlı danışıqlar bir neçə həftə davam edib. ABŞ Ukrayna tərəfinin nümayəndələrin Rusiyada olduğu müddətdə Moskva və Rusiyanın enerji obyektlərinə dron hücumlarını müvəqqəti dayandırmasını, Rusiya tərəfinin isə buna cavab olaraq Kiyevə raket zərbələrini dayandırmasını tələb edib.
Daha əvvəl "Bloomberg" agentliyi Vitkoff və Kuşnerin danışıqlar aparmaq üçün şənbə günü Moskvaya gəlməsinin gözlənildiyini bildirmişdi. Sonrakı məlumatlara görə, ABŞ nümayəndələri sentyabrın 5-də Moskvaya gəlib və daha sonra Kiyevə səfər ediblər.