6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp: "İran tankerlərin Hörmüz boğazından keçidini məhdudlaşdıra bilməz"

03-sentyabr-2026, 15:29
Tramp: "İran tankerlərin Hörmüz boğazından keçidini məhdudlaşdıra bilməz"
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranın neft tankerlərinin Hörmüz boğazından keçidini məhdudlaşdırmaq imkanının praktiki olaraq olmadığını düşünür.

"PostMedia" xəbər verir ki, Amerika lideri bunu "Ağ Ev"də çıxışı zamanı bildirib.

"Biz hazırda Hörmüz boğazına nəzarət edirik. Hər gün və hər gecə oradan çoxlu sayda gəmi keçir. Çoxlu sayda neftlə yüklənmiş gəmi", – deyə 

"Çox cəsarətli və çox ehtiyatsız danışmaq istəmirəm, amma hələlik onlar buna mane ola biləcək praktiki olaraq heç nə etməyiblər", – deyə Tramp İranı nəzərdə tutaraq əlavə edib.

"Və biz bunun belə qalmasına çalışacağıq", – deyə ABŞ prezidenti vurğulayıb.

Tramp həmçinin İranın iqtisadi çöküşə yaxın olduğunu iddia edib.

"Onların vəziyyəti çox pisdir, ona görə də bu, sadəcə zaman məsələsidir", – deyə o bildirib.

Bundan əvvəl ABŞ-ın energetika naziri Kris Rayt "CNBC" telekanalına müsahibəsində sentyabrın 1-də Hörmüz boğazından keçən neft tədarükünün 17 milyon bareli ötüb keçdiyini açıqlayıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930