6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Maduro və həyat yoldaşı ABŞ-də onlara qarşı cinayət təqibinin dayandırılmasına çalışırlar

03-sentyabr-2026, 10:26
Maduro və həyat yoldaşı ABŞ-də onlara qarşı cinayət təqibinin dayandırılmasına çalışırlar
Yazı Ölçüsü:

Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro ABŞ məhkəməsinə müraciət edərək narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı ona qarşı irəli sürülən ittihamların ləğv edilməsini istəyib. Maduro buna əsas kimi xarici dövlət başçısı kimi toxunulmazlığa malik olduğunu göstərib.

"PostMedia" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

"ABŞ-ın heç bir məhkəməsi indiyədək ittiham irəli sürüldüyü zaman öz ölkəsində dövlət başçısı kimi tanınan xarici liderə qarşı cinayət işinə baxmayıb. Dövlət başçıları öz ölkələrinin məhkəmələrindən başqa heç bir məhkəmədə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər", – deyə Maduronun vəkilləri bildiriblər.

Müdafiə tərəfi Maduronun ona qarşı irəli sürülən ittihamları "qəti şəkildə rədd etdiyini" qeyd edib.

"İş məhkəməyə gedərsə, onun saxta şəkildə ittiham olunduğu açıq şəkildə ortaya çıxacaq", – deyə vəkillər vurğulayıblar.

Çərşənbə günü təqdim edilən ayrıca sənədlərdə Maduronun həyat yoldaşı Siliya Floresin vəkilləri də onun suveren toxunulmazlıq prinsipinə əsasən ABŞ-da cinayət təqibindən immunitetə malik olduğunu bildiriblər.

Federal prokurorlar müdafiə tərəfinin arqumentlərinə cavablarını bu ayın sonunda təqdim etməyi planlaşdırırlar.

Agentliyin məlumatına görə, hakim Alvin Hellerstayn ittihamların ləğvi ilə bağlı vəsatətlər üzrə şifahi dinləməni noyabrın 17-nə təyin edib.

Hazırda Maduro və həyat yoldaşı Bruklin federal həbsxanasında saxlanılırlar. İşin dayandırılması ilə bağlı vəsatət təmin edilməsə, onların məhkəməsi 2027-ci il iyunun 1-də keçiriləcək.

Onlar ABŞ-a kokain idxal etmək məqsədilə sui-qəsddə iştirak etdikləri barədə andlılar heyəti tərəfindən təqsirli bilinərsə, ömürlük həbs cəzası ilə üzləşə bilərlər.

2026-cı ilin əvvəlində ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyat keçirib və bu əməliyyat nəticəsində Venesuela prezidenti ölkədən çıxarılıb. Əməliyyatın formal səbəbi Maduronun ABŞ-da axtarışda olması göstərilib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930