6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Estoniyanın müdafiə naziri Ukrayna üçün mərmi alınması ilə bağlı qalmaqaldan sonra istefa verib

03-sentyabr-2026, 13:16
Estoniyanın müdafiə naziri Ukrayna üçün mərmi alınması ilə bağlı qalmaqaldan sonra istefa verib
Yazı Ölçüsü:

Estoniyanın müdafiə naziri Hanno Pevkur Ukrayna üçün alınması planlaşdırılan, lakin təchiz edilməyən mərmilərlə bağlı cinayət işi açılmasından sonra istefa verəcəyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə o, "Aktuaalne kaamera" proqramının efirində bildirib.

"Mən hesab edirəm ki, bu gün bütün müdafiə sahəsinə görə siyasi məsuliyyəti üzərimə götürmək və müdafiə naziri postunu təhvil vermək düzgün addımdır".

Eyni zamanda o vurğulayıb ki, silahların satın alınması ilə bağlı müqavilələri ətraflı şəkildə araşdırmaq onun vəzifələrinə daxil olmayıb. Onun sözlərinə görə, nazir yalnız əsas istiqaməti müəyyən etməlidir və bu halda söhbət Ukraynaya dəstəkdən gedirdi.

Daha əvvəl məlum olub ki, Estoniya Kiyev üçün artilleriya mərmiləri almağa çalışıb və ümumilikdə İtaliyada qeydiyyatdan keçmiş "Datasel S.R.L." şirkətinə 70 milyon avro məbləğində əvvəlcədən ödəniş edib.

Sonradan şirkətin əslində Hindistan vətəndaşı olan iş adamlarına məxsus saxta şirkət olduğu və onların heç vaxt hərbi sursat təchizatı ilə məşğul olmadığı üzə çıxıb.

Estoniya tərəfindən müqaviləni Müdafiə İnvestisiyaları üzrə Dövlət Mərkəzi (RKIK) bağlayıb. Qurumun keçmiş rəhbəri Maqnus-Valdemar Saar Estoniya Müdafiə Nazirliyinin rəhbərliyinin müqavilənin bağlanmasını dəstəklədiyini, Pevkurun isə bu barədə məlumatlı olduğunu iddia edib.

Müdafiə nazirinin istefası Estoniya parlamenti tərəfindən təsdiqlənməlidir. Parlamentin payız sessiyası sentyabrın 14-də başlayacaq. Bu isə o deməkdir ki, 2022-ci ildən müdafiə nazirliyinə rəhbərlik edən Pevkur ən azı sentyabrın ortalarına qədər vəzifəsini icra etməyə davam edəcək. Bu barədə "ERR" portalı yazıb.

Bundan əvvəl Estoniyanın Baş naziri Kristen Mixal Ukrayna üçün hərbi sursat alınması ilə bağlı qalmaqalda Pevkurun şəxsi təqsirini görmədiyini bildirib.

"Vəziyyət birmənalı olaraq pis görünür. Bu gün müdafiə nazirinin şəxsi təqsirini görmürəm. Lakin bu, siyasi məsuliyyəti üzərinə götürməyə heç bir şəkildə mane olmur. Bunlar bir-birini istisna etmir", – deyə Mixal vurğulayıb.

Baş nazirin sözlərinə görə, əsas suallar RKIK-nin əvvəlki əməkdaşları və rəhbərləri ilə bağlı yaranır. Onlar əvvəlki mərmilər hələ təchiz edilmədiyi halda, Kiyev üçün eyni təchizatçıdan əlavə mərmi partiyaları sifariş ediblər.

"Mən belə vəziyyəti, yumşaq desək, çox pis hesab edirəm", – deyə Mixal fikrini yekunlaşdırıb.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930