6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki səfirlikləri üçün yeni xəbərdarlıqlar yayıb

01-sentyabr-2026, 23:36
ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki səfirlikləri üçün yeni xəbərdarlıqlar yayıb
Yazı Ölçüsü:

ABŞ Dövlət Departamenti çərşənbə axşamı ABŞ-la İran arasında son gərginlik və hücumların sayının artması fonunda Yaxın Şərqdəki Amerika səfirliklərinə yeni təhlükəsizlik xəbərdarlıqları göndərib.

"PostMedia" xəbər verir ki, xəbərdarlıqlar İsraildəki ABŞ səfirliyi də daxil olmaqla, regiondakı demək olar ki, bütün diplomatik nümayəndəliklərə çatdırılıb. Bildirişlərdə qeyd olunur ki, davam edən gərginlik səbəbindən təhlükəsizlik vəziyyəti "mürəkkəb" olaraq qalır və "proqnozlaşdırılmayan eskalasiyaya" səbəb ola bilər.

Dövlət Departamenti Yaxın Şərqdə olan ABŞ vətəndaşlarını daha yüksək diqqətli olmağa çağırıb. Həmçinin aviareyslərin ləğv edilməsi, hava məkanının bağlanması və nəqliyyat əlaqələrində digər fasilələrin yaranması ehtimalının nəzərə alınması tövsiyə edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031