6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İran əleyhinə nüvə silahından istifadəyə yol verməyəcəyini bildirib

01-sentyabr-2026, 09:39
Tramp İran əleyhinə nüvə silahından istifadəyə yol verməyəcəyini bildirib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İran əleyhinə nüvə silahından istifadə imkanını tamamilə istisna etdiyini bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə Amerika lideri avqustun 31-də "Ağ Ev"də jurnalistlərə açıqlamasında deyib. Onun çıxışı administrasiyanın YouTube kanalı vasitəsilə yayımlanıb.

ABŞ Prezidenti vurğulayıb ki, Vaşinqton nüvə zərbəsini Tehrana təzyiq göstərmək vasitəsi kimi nəzərdən keçirmir və bu məsələ ümumiyyətlə gündəlikdən çıxarılıb. Onun sözlərinə görə, mövcud vəziyyətdə belə bir addımın nə strateji, nə də taktiki mənası var.

"Belə bir addım üçün heç bir əsas yoxdur", - Tramp bildirib.

Bununla yanaşı, Tramp eyni çıxışı zamanı İran ərazisinə qarşı ABŞ zərbələrinin davam etdirilə biləcəyini də istisna etməyib.

ABŞ Prezidenti həmçinin İranın tənəzzül vəziyyətində olduğunu, ölkə rəhbərlərinin öldürüldüyünü, İranın hava qüvvələri və donanmasının isə artıq mövcud olmadığını iddia edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930