6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Şimali Koreya ABŞ-nin düşmən siyasətinə ən sərt şəkildə cavab verəcəyini bildirib

31-avqust-2026, 11:35
Şimali Koreya ABŞ-nin düşmən siyasətinə ən sərt şəkildə cavab verəcəyini bildirib
Yazı Ölçüsü:

Şimali Koreya ABŞ-nin dəyişməz düşmən siyasətinə ən sərt vasitələrlə cavab verməyə davam edəcək.

"PostMedia" xəbər verir ki, bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin nümayəndəsinin Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən yayımlanan bəyanatında bildirilib.

"ABŞ-yə qarşı siyasətimizdə, ABŞ-nin dəyişməz düşmən siyasətinə sonadək ən sərt vasitələrlə cavab verməyə yönəlmiş mövqeyimizdə ən kiçik dəyişiklik belə yoxdur", - deyə bəyanatda qeyd olunub.

Şimali Koreya XİN-də bildirilib ki, ABŞ administrasiyasının nümayəndələri də öz növbəsində Vaşinqtonun Pxenyana qarşı siyasətinin dəyişmədiyini və "Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə" sadiq qaldıqlarını bəyan edirlər.

Nazirlik həmçinin ABŞ-ın Şimali Koreyada insan hüquqları ilə bağlı açıqlamalarına, ABŞ, Cənubi Koreya və Yaponiyanın "Freedom Edge" üçtərəfli hərbi təlimlərini keçirmək planlarına, eləcə də ABŞ tərəfinin kəşfiyyat fəaliyyətinə diqqət çəkib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031