6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ottavada Trampın adını küçə adından silməyi planlaşdırırlar

28-avqust-2026, 16:58
Ottavada Trampın adını küçə adından silməyi planlaşdırırlar
Yazı Ölçüsü:
ABŞ prezidentinin adını Ottavadakı “Trump Avenue” küçəsinin adından çıxarmaq niyyətindədirlər.
"PostMedia" "CTV News"a istinadən xəbər verir ki, bu təşəbbüs ABŞ ilə Kanada arasında ticarət müharibəsinin kəskinləşməsi fonunda irəli sürülüb. ABŞ prezidentinin adının küçə adından çıxarılması təşəbbüsünə Ottava şəhər şurasının üzvü Rayley Brokinqon rəhbərlik edəcək.
“Mən utanıram ki, şəhərin rayonlarından birində “Trump Avenue” adlanan küçə var. Ölkəmizin paytaxtında Donald Trampa bu şəkildə ehtiram göstərilməsindən də utanıram”, — deyə Brockington şəhər şurasının iclasında bildirib.
Siyasətçi əlavə edib ki, şəhər şurasının yeni tərkibi fəaliyyətə başladıqdan sonra küçənin adının dəyişdirilməsi prosesinə şəxsən rəhbərlik edəcək və bunu “Trump Avenue” sakinləri ilə birlikdə həyata keçirəcək.
Telekanalın məlumatına görə, şəhər qaydalarına əsasən, adın dəyişdirilməsi üçün sakinlərin ən azı 50 faizinin razılığı və əlavə olaraq daha bir səs tələb olunur.
Ottava meri Mark Sutcliffe-in sözlərinə görə, küçənin adının dəyişdirilməsi “çoxsaylı çətinliklərlə” bağlıdır, çünki sakinlər yaşayış ünvanlarının qeyd olunduğu bütün sənədləri dəyişməli olacaqlar.
Mer bildirib ki, “Ottavada Donald Trampın şərəfinə adlandırılan hər hansı bir şeyin olmasını istəmir”, lakin yekun qərarın “Trump Avenue”da yaşayan sakinlərə aid olduğunu vurğulayıb. Ümumilikdə küçədə 62 ev yerləşir.
Avqustun 25-də ABŞ prezidenti Donald Tramp Ontario gölünün “Amerika gölü” adlandırıla biləcəyini açıqlamışdı.
Bundan əlavə, avqustun 22-dən etibarən Kanadanın bəzi məhsul kateqoriyalarına ABŞ tərəfindən tətbiq edilən 50 faizlik idxal tarifləri qüvvəyə minib.
Kanadanın Baş naziri Mark Karni ABŞ ilə ticarət danışıqlarını dayandırmaq qərarına gəldiyini təsdiqləyib. O bildirib ki, Ottava cavab tarifləri tətbiq edəcək. Onların sentyabrın 8-də qüvvəyə minməsi planlaşdırılır.
Eyni zamanda, Karni ABŞ və Kanada arasında “ticarət müharibəsinin” başladığını vurğulayıb. Onun fikrincə, bu müharibəni Vaşinqton başladıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930