6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Braziliya Argentinadakı səfirini geri çağırıb

27-iyul-2026, 10:04
Braziliya Argentinadakı səfirini geri çağırıb
Yazı Ölçüsü:
Braziliya Buenos-Ayresdəki səfiri Julio Bitellini Argentinanın Prezidenti Xavyer Mileyin Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanı və Braziliya Federal Ali Məhkəməsinin hakimi Aleşandri di Moraesi tənqid etməsindən sonra məsləhətləşmələr üçün geri çağırıb.
"PostMedia"nın məlumatına görə, Braziliyanın Xarici İşlər Nazirliyi "CNN Brazil" telekanalına təsdiqləyib ki, bu bəyanatlar prezidentə, məhkəmə sisteminə və Braziliya xalqına qarşı hörmətsiz münasibət nümayiş etdirən "təhqir" kimi qiymətləndirilir.
Diplomatik praktikada səfirin məsləhətləşmələr üçün geri çağırılması digər dövlətin hərəkətlərinə qarşı qəti etirazın ifadəsi hesab olunur.
Bundan əvvəl Argentina Prezidenti Xavyer Miley Lula da Silvanı "məhbus", Aleşandri di Moraesi isə "keçəl alçaq" adlandırmışdı.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930