6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ rəsmiləri: "Silah ehtiyatları hələ Bayden dövründə tükənmişdi"

27-iyul-2026, 01:43
ABŞ rəsmiləri: "Silah ehtiyatları hələ Bayden dövründə tükənmişdi"
Yazı Ölçüsü:
Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün "lazım olan hər şey" var.
"PostMedia" xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts "NBC News" telekanalına bildirib.
"ABŞ hərbçilərinin bu əməliyyatı tələb olunduğu qədər effektiv şəkildə həyata keçirməsi üçün bütün zəruri imkanlar mövcuddur".
Uoltsun sözlərinə görə, silah ehtiyatları hələ Co Bayden administrasiyası dövründə tükənmişdi.
"Bundan əlavə, ABŞ-nin müdafiə naziri Pit Heqset silah ehtiyatları baxımından tükənmiş vəziyyəti miras alıb. Bu, təkcə Ukraynaya yardım səbəbindən deyil, həm də Bayden administrasiyası dövründə husilərə qarşı davam edən əməliyyatlarla bağlı idi", – deyə o, əlavə edib.
Onun sözlərinə görə, Donald Tramp bütün variantları nəzərdən keçirir və İranla danışıqlara "müəyyən qədər imkan" verir.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930