6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"Reuters": ABŞ və Ukrayna havada atəşkəs təklifini müzakirə edib

26-iyul-2026, 23:10
"Reuters": ABŞ və Ukrayna havada atəşkəs təklifini müzakirə edib
Yazı Ölçüsü:

"Ağ Ev"in nümayəndəsi bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı Vaşinqtonda görüşməlidirlər.

"PostMedia"nın xbərinə görə, Ukraynalı mənbə "Reuters" agentliyinə bildirib ki, Zelenski ABŞ-yə səfərdə maraqlıdır, lakin onun komandası "Ağ Ev"in rəsmi təsdiqini gözləyir.

Mənbənin sözlərinə görə, Ukrayna və ABŞ rəsmiləri Rusiyaya sülh təşəbbüslərinin yeni mərhələsi çərçivəsində təqdim olunacaq havada atəşkəs təklifini müzakirə ediblər. Bu təşəbbüs 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi ilə başlayan müharibənin dayandırılmasına yönəlib.

Mənbə qeyd edib ki, Ukrayna daha əvvəl də Rusiya Prezidenti Vladimir Putinə atəşkəs təklifləri təqdim etsə də, onlar rədd edilib. Bəzi rəsmilər hesab edirlər ki, Ukraynanın pilotsuz uçuş aparatları və raketlərlə davam etdirdiyi zərbələrin Rusiya iqtisadiyyatına göstərdiyi təzyiq Putinin mövqeyinin yumşalmasına təsir göstərə bilər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930