6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Lavrov və Rubio sabah görüşəcək

22-iyul-2026, 16:27
Lavrov və Rubio sabah görüşəcək
Yazı Ölçüsü:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə iyulun 23-də görüş keçirəcəyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, Lavrov bu barədə Filippində keçirilən ASEAN tədbirlərinin yekununda jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, ötən gün rəsmi qəbul zamanı Rubio ilə qısa söhbət edib və görüşün ertəsi gün, günün birinci yarısında keçirilməsi razılaşdırılıb.

"Marko Rubio ilə ayaqüstü qısa söhbət etdik və sabah günün birinci yarısında görüşəcəyimizi təsdiqlədik", – deyə Lavrov bildirib.

Rusiya XİN başçısı qeyd edib ki, görüş zamanı Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanmasına dair mövqeyi də müzakirə olunacaq.

Lavrov əlavə edib ki, Rubio Ankoricdə keçirilən əvvəlki görüşün nəticələrini "kifayət qədər ziddiyyətli" şəkildə şərh edib və bu məsələ də danışıqların gündəliyinə daxil ediləcək.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930