6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran Trampın təhdidlərinə cavab verib

22-iyul-2026, 19:49
İran Trampın təhdidlərinə cavab verib
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın yeni təhdidlərinə cavab olaraq İranın hərbi mənbəsi "Tasnim agentliyinə bildirib ki, Vaşinqton İranda hər hansı körpüyə və ya elektrik stansiyasına zərbə endirərsə, Tehran bölgədə yerləşən bir sıra infrastruktur və enerji obyektlərini hədəfə alacaq.
"PostMedia"nın məlumatına görə, İran artıq Hörmüz boğazının onun təhlükəsizliyinə təhdid mənbəyinə çevrilməsinə heç vaxt imkan verməyəcək.
"Boğazdan gəmilərin təhlükəsiz keçidi yalnız İranla razılaşdırılmış qaydada və Tehranın müəyyən etdiyi şərtlər çərçivəsində mümkün olacaq. Əks halda İran həmin boğaza nəzarət etmək iradəsindən geri çəkilməyəcək", – deyə mənbə bildirib.
O əlavə edib ki, ABŞ İranda hər hansı körpünü və ya elektrik stansiyasını vuracağı təqdirdə, İran cavab olaraq bölgədə yerləşən, o cümlədən ABŞ-ın maraqlarının olduğu enerji obyektlərinə, körpülərə və digər infrastruktur hədəflərinə zərbələr endirəcək.
"Trampın mümkün avantürası növbəti dəfə onun üçün biabırçılıqla nəticələnəcək", – deyə İranın hərbi mənbəsi vurğulayıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031