6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Səudiyyə Ərəbistanı ilə nüvə proqramına dair sazişi təsdiqləyib – WSJ

22-iyul-2026, 11:27
Tramp Səudiyyə Ərəbistanı ilə nüvə proqramına dair sazişi təsdiqləyib – WSJ
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Səudiyyə Ərəbistanının dinc nüvə proqramına dəstəyini nəzərdə tutan sazişi rəsmi şəkildə təsdiqləyib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.
30 il müddətinə nəzərdə tutulan yeni saziş çərçivəsində on milyardlarla dollar həcmində vəsait ayrılması planlaşdırılır. Nüvə infrastrukturunun inkişafında əsas rol ABŞ şirkətlərinə həvalə ediləcək.
Sazişin əsas müddəalarından biri tərəflərin bunu məqsədəuyğun hesab edəcəyi təqdirdə Səudiyyə Ərəbistanında uranın zənginləşdirilməsi obyektinin inşasını nəzərdə tutur.
Məlumata görə, sazişin yaxın günlərdə ABŞ Konqresinin müzakirəsinə təqdim olunacağı gözlənilir.
Bundan əvvəl CNN telekanalı ABŞ administrasiyasının sazişə ilkin razılıq verdiyini bildirmişdi. Razılaşmada müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, onların konkret nədən ibarət olacağı hələ açıqlanmayıb. CNN-in qeydinə görə, sənəd layihəsi Səudiyyə Ərəbistanını Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə təminatlara dair sazişə əlavə protokol imzalamağa məcbur etmir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031