6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Belarusa hücum hazırlığı müşahidə olunmur – Müdafiə Nazirliyi

23-iyul-2026, 03:14
Belarusa hücum hazırlığı müşahidə olunmur – Müdafiə Nazirliyi
Yazı Ölçüsü:

Belarus ətrafında vəziyyət sabit olaraq qalır və hər hansı təcavüz əlamətləri müşahidə edilmir.

"PostMedia" "BelTA" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Viktor Xrenin bildirib.

Xrenin NATO ölkələrinin silahlı qüvvələrinin fəaliyyətini izlədiklərini və hazırda ciddi hərbi aktivlik qeydə alınmadığını deyib.

"Biz NATO ölkələrinin silahlı qüvvələrinin fəaliyyətini izləyirik və böyük aktivlik görmürük. Sərhədyanı ölkələrdə cəmi bir hərbi təlim keçirilir və uçuşların sayı da minimum səviyyədədir. Buna görə hesab edirik ki, Belarus ətrafında vəziyyət sabitdir və hər hansı təhlükə, gərginlik və ya qəfil hücuma hazırlıq əlamətləri müşahidə olunmur", – deyə Xrenin vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031