6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rubio İranı ABŞ-la danışıqlara qeyri-ciddi yanaşmaqda ittiham edib

22-iyul-2026, 10:25
Rubio İranı ABŞ-la danışıqlara qeyri-ciddi yanaşmaqda ittiham edib
Yazı Ölçüsü:

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Tehran Vaşinqtonla aparılan danışıqlara ciddi yanaşmır.

"PostMedia" xəbər verir ki, bu barədə Rubio Manikalada xarici işlər nazirlərinin Manilada keçirilən görüşündə bildirib.

"Problem ondadır ki, İran tərəfi danışıqlara ciddi yanaşmır. Əgər onlar ciddidirlərsə, biz də ciddiyik. Əks halda, özümüzün və müttəfiqlərimizin maraqlarını qorumaq üçün bütün zəruri addımları atacağıq".

Onun sözlərinə görə, ABŞ fikir ayrılıqlarının diplomatik yolla həllinə sadiq qalır.

"Biz fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə açığıq və buna hər zaman hazırıq. Bu, İrana da aiddir", – deyə dövlət katibi vurğulayıb.

Rubio bildirib ki, İran tərəfi "əldə olunmuş razılaşmalara baxmayaraq, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib".

"ABŞ öhdəliklər yerinə yetiriləcəyi təqdirdə müsbət və konstruktiv danışıqlara açıq qalır. Bu öhdəliklər yerinə yetirilmədikdə isə, bu dəfə olduğu kimi, nəticələr qaçılmaz olur", – deyə o əlavə edib.

Hörmüz boğazında gəmiçiliyin vəziyyətinə toxunan Rubio bildirib ki, İran "boğazdan keçən gəmilərin hərəkətinə nəzarət etmək iddiasındadır, halbuki qüvvədə olan beynəlxalq hüququn heç bir mexanizmi ona belə hüquq vermir".

O vurğulayıb ki, Hörmüz boğazı beynəlxalq su yoludur.

"Əgər Yaxın Şərqdə hansısa dövlət beynəlxalq su yoluna nəzarət etmək, rüsum toplamaq və ödəniş edilmədiyi halda gəmiləri partlatmaq qərarına gəlsə, bu, son dərəcə təhlükəli presedent yaradacaq və dünyanın digər bölgələrində də təkrarlana bilər", – deyə Rubio bildirib.

Onun sözlərinə görə, məsələnin əsasını "gəmiçilik azadlığının fundamental prinsipləri" təşkil edir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031