6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Eyni anda 80 dronu məhv edən silah yaradılıb

20-iyul-2026, 04:44
Eyni anda 80 dronu məhv edən silah yaradılıb
Yazı Ölçüsü:
Beynəlxalq "Thales" şirkəti "RapidDestroyer" adlı radiotezlik yönləndirilmiş enerji silahını (RFDEW) təqdim edib. Böyük Britaniyada keçirilən son sınaqlarda sistemin köməyi ilə 80 pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
"PostMedia" "Texkult" nəşrinə istinadən xəbər verir ki, yönləndirilmiş enerji silahlarına maraq təsadüfi deyil. Çünki ənənəvi atıcı silahlar və raket sistemləri dronların kütləvi hücumlarını hər zaman dəf edə bilmir. RFDEW isə bahalı raketlərdən istifadə etmədən eyni anda bir neçə hədəfi zərərsizləşdirə bilir.
Sistem radiotezlik impulsları vasitəsilə PUA-ların əsas elektron komponentlərini sıradan çıxarır. Nəticədə dronlar idarəetməni itirir və uçuşu davam etdirə bilmir.
"RapidDestroyer"in son versiyası daha güclü dörd panelli effektorla təchiz olunub. Bu qurğu hədəfə daha çox enerji yönəldərək düşmən dronlarının daha dəqiq və effektiv şəkildə zərərsizləşdirilməsini təmin edir.
Kompleks radiotezlik silahını "Thales"in idarəetmə proqram təminatı və süni intellekt texnologiyaları ilə birləşdirərək təhlükələri operativ aşkarlayır və onlara cavab verir. Bununla belə, bütün proses operatorların nəzarəti altında həyata keçirilir.
Şirkət hesab edir ki, "RapidDestroyer" kimi sistemlər müxtəlif ölkələrin pilotsuz aparatların kütləvi hücumlarına qarşı müdafiə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031