6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsir

16-iyul-2026, 23:35
Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsir
Yazı Ölçüsü:
Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik münasibətlərin kəsildiyini elan edib.
"PostMedia" xəbər verir ki, bu barədə EFE agentliyi ölkə hökumətinin bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, qərar İtaliyanın xarici işlər naziri Antonio Tayaninin Nikaraqua xalqı və hakimiyyəti barədə səsləndirdiyi "əsassız, aqressiv və məsuliyyətsiz" açıqlamalara cavab olaraq qəbul edilib.
Diplomatik gərginlik Tayaninin İtaliyanın keçmiş baş naziri Aldo Moronun qətlində iştirak etmiş terrorçu Alessio Kasimirinin ekstradisiyası tələbi ilə yenidən çıxış etməsindən sonra yaranıb. Kasimiri uzun illərdir Nikaraquada yaşayır.
Tayani bir gün əvvəl Madriddə 1978-ci ildə "Qırmızı briqadalar" terror qruplaşması tərəfindən öldürülmüş Aldo Moronun xatirəsini yad edib və Nikaraqua hakimiyyətini Kasimiriyə sığınacaq verməkdə ittiham edib. Nazir həmçinin bildirib ki, Nikaraqua hökuməti İtaliyanın ekstradisiya ilə bağlı müraciətlərini yerinə yetirməkdən imtina edir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031