6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

CNN: Tramp səhmlərini aldığı 20-dən çox şirkəti "Truth Social"da tanıdıb

16-iyul-2026, 19:46
CNN: Tramp səhmlərini aldığı 20-dən çox şirkəti "Truth Social"da tanıdıb
Yazı Ölçüsü:
ABŞ prezidenti Donald Trampın sahibi olduğu "Truth Social" sosial şəbəkəsində səhmlərini aldığı 20-dən çox şirkəti tanıtdığı iddia olunur.
"PostMedia" xəbər verir ki, CNN-in araşdırmasına görə, Tramp 21 şirkətin səhmlərini aldıqdan sonra bir həftə ərzində həmin şirkətlərlə bağlı onların bazar dəyərinə müsbət təsir göstərə biləcək paylaşımlar edib.
Telekanalın məlumatına əsasən, Tramp ümumilikdə ən azı 44 əməliyyat həyata keçirib. Nümunə kimi CNN onun 200 min–500 min dollar dəyərində "Nvidia" səhmləri aldıqdan sonra "Truth Social"da şirkətin ABŞ-də süni intellekt superkompüterləri istehsal edəcəyini açıqlamasını göstərib.
Bundan əlavə, Tramp "Tesla"nın 500 min–1 milyon dollar dəyərində səhmlərini aldıqdan qısa müddət sonra İlon Maskın şirkətlərinə uğurlar arzulayan paylaşım edib.
CNN qeyd edir ki, Trampın investisiya portfelini qəsdən təbliğ etdiyini təsdiqləyən konkret sübut yoxdur. "Ağ Ev" isə bildirib ki, prezidentin qiymətli kağızlara yatırımları müstəqil qurumlar tərəfindən idarə olunur.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031