6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Paşinyan yeni seçkilərə hazırlaşır - KİV

16-iyul-2026, 12:24
Paşinyan yeni seçkilərə hazırlaşır - KİV
Yazı Ölçüsü:
Ermənistanda son seçkilər başa çatsa da, hakimiyyət artıq payızda keçiriləcək bələdiyyə (YİH) seçkilərinə hazırlığa başlayıb.
"PostMedia" xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, namizəd axtarışına başlanılıb, bəzi şəxslər artıq seçkiqabağı fəaliyyət göstərir, yaxın həftələrdə isə ərazi qərargahlarının işi aktivləşəcək.
Bildirilir ki, Sünik vilayətinin Gorus, Qafan və Meğri icmalarında seçkilər keçiriləcək. Meğridə əsas namizəd kimi hazırkı bələdiyyə sədri Xaçatur Andreasyanın adı çəkilir. Bununla belə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının daha güclü namizəd tapacağı halda onun namizədliyindən imtina edə biləcəyi istisna edilmir.
Qəzetin yazdığına görə, Gorus və Qafanda namizədlərlə bağlı yekun qərar hələ verilməyib. Hakim partiyanın bəzi icmalarda Gümrü nümunəsində olduğu kimi praymeriz keçirməyi də nəzərdən keçirdiyi bildirilir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031