6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukrayna müdafiə naziri yeni ballistik raketin sınağını açıqladı və istefa verdi

16-iyul-2026, 10:16
Ukrayna müdafiə naziri yeni ballistik raketin sınağını açıqladı və istefa verdi
Yazı Ölçüsü:
Ukraynanın müdafiə naziri Mixaylo Fedorov vəzifəsini tərk etdiyini təsdiqləyib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, o, rəhbərlik etdiyi dövrdə görülən işlərin yekun hesabatını yayımlayaraq komandasına, hərbçilərə və tərəfdaşlarına təşəkkür edib.
Fedorov əsas nailiyyətlər kimi pilotsuz uçuş aparatlarının alışının artırılmasını, PUA qüvvələri üçün yeni proqramların başlanmasını, "Patriot" sistemləri üçün raket tədarükü müqavilələrinin imzalanmasını, "Gripen" qırıcılarının alınmasını, Ukraynanın ballistik raket proqramının inkişafını və beynəlxalq hərbi dəstək hesabına on milyardlarla dollar vəsaitin cəlb edilməsini göstərib.
Nazir həmçinin hökumətin istefa verdiyi gün – iyulun 14-də Ukraynanın yeni ballistik raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, layihə üzərində iş zamanı texniki göstəricilər təkmilləşdirilib, raket kompleksinin dəqiqliyi əhəmiyyətli dərəcədə artırılıb, istehsal xərcləri isə 30% azaldılıb.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930