6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiyada dronlara qarşı yeni lazer sistemi təqdim edildi

16-iyul-2026, 00:33
Rusiyada dronlara qarşı yeni lazer sistemi təqdim edildi
Yazı Ölçüsü:

Rusiyada pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə üçün nəzərdə tutulmuş yeni lazer kompleksi təqdim olunub.

"PostMedia" xəbər verir ki, Rusiyanın "İnferit Bezopasnost" şirkətinin hazırladığı sistem mülki təyinatlı obyektlərin, yanacaq-energetika müəssisələrinin və strateji əhəmiyyətli infrastrukturun dron hücumlarından qorunması üçün nəzərdə tutulub.

Kompleks 3 kilovat gücündə lazer modulu, müasir radar, videomüşahidə sistemi, termal kamera, lidar sensorları və lazer məsafəölçəndən ibarətdir. Bütün avadanlıq süni intellekt alqoritmləri ilə işləyən xüsusi proqram təminatı vasitəsilə idarə olunur və hədəfləri avtomatik aşkar edib tanıya bilir.

Məlumata görə, sistem təxminən 100 saniyə fasiləsiz işləyə bilir. Aşkarlanan hədəfə təsir müddəti orta hesabla 3–5 saniyə təşkil edir. Lazer həm dronun optik sistemlərini sıradan çıxarmaq (kor etmək), həm də istilik təsiri ilə fiziki məhv etmə funksiyasına malikdir.

Kompleksin effektiv fəaliyyət məsafəsi 1000 metrə qədərdir və hədəfi vurma dəqiqliyinin 90 faizdən çox olduğu bildirilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031