6°C Bakı
1$ = 1.70₼
Dünya

Bir sıra Avropa ölkələrinin liderləri Kiyevə gəlib

15-iyul-2026, 12:53
Bir sıra Avropa ölkələrinin liderləri Kiyevə gəlib
Yazı Ölçüsü:

İyulun 15-i səhər saatlarında Avropa Komissiyasının prezidentindən əlavə, bir sıra Avropa ölkələrinin digər liderləri də Kiyevə gəliblər.

"PostMedia" xəbər verir ki, Ukraynanın bir neçə mediası, o cümlədən “Fakti ICTV” və “Suspilne” onların qatarla gəliş görüntülərini yayımlayıb.

Gəliş məntəqəsində olan müxbirlərin foto və videolarında Rumıniya Prezidenti Nikuşor Dan, Moldova Prezidenti Maya Sandu, Serbiya Prezidenti Aleksandar Vuçiç (onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü uzun müddətdir gözlənilirdi), Xorvatiyanın Baş naziri Andrey Plenkoviç, Albaniya Prezidenti Bayram Beqay və Sloveniyanın Baş naziri Yanez Yanşa görünür.

Kadrlarda həmçinin Şimali Makedoniyanın xarici işlər naziri Nikola Dimitrov və Monteneqronun xarici və Avropa işləri üzrə baş nazir müavini Filip İvanoviç də yer alıb.

Kiyevə səfəri barədə ilk məlumatı Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen verib.

Liderlər Kiyevə “Cənub-Şərqi Avropa – Ukrayna” sammitində iştirak etmək üçün gəliblər. Sammitin keçirilmə tarixi və yeri əvvəlcədən rəsmi şəkildə açıqlanmayıb.

2025-ci ildə bu formatda dördüncü sammit Odessada, ondan əvvəlki görüş isə Xorvatiyanın Dubrovnik şəhərində keçirilib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31