Müharibənin başlanmasından bəri İran Bəhreynə qarşı ən böyük hücumunu həyata keçirərək Amerika obyektlərinə, o cümlədən kaset döyüş başlığı ilə təchiz edilmiş "Xorrəmşəhr" raketi də daxil olmaqla, 30-dan çox raket atıb.
"PostMedia" xəbər verir ki, bu barədə "Pars Today" məlumat yayıb.
Bəhreynin müxtəlif bölgələrində ardıcıl güclü partlayışların baş verdiyi bildirilir.
Yerli sakinlərin sözlərinə görə, partlayışların zərbə dalğası nəticəsində evlərin pəncərə şüşələri titrəyib.