6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Makron: "Ukrayna yaxın həftələrdə hava hücumundan müdafiə raketləri alacaq"

13-iyul-2026, 22:46
Makron: "Ukrayna yaxın həftələrdə hava hücumundan müdafiə raketləri alacaq"
Yazı Ölçüsü:
"Ukraynaya Avropanın "SAMP/T" zenit-raket kompleksləri üçün raketlərin tədarükü yaxın həftələrdə həyata keçiriləcək".
"PostMedia" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən "istəklilər koalisiyası" sammitinin yekununda bildirib.
Söhbət Ukraynanın yeni nəsil "SAMP/T" batareyalarının ilk partiyasını əldə etməsindən gedir. Onun sözlərinə görə, bu sistemlər yaxın həftələrdə göndəriləcək raketlərlə birlikdə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək.
Ukraynaya əlavə radar sistemləri və raketlərin verilməsi, həmçinin Ukrayna ilə birgə lisenziyalı silah istehsalı barədə razılıq əldə olunub. Bu əməkdaşlıq "AASM" idarəolunan aviasiya bombaları, "SAMP/T" üçün Aster 30 raketləri və SCALP qanadlı raketlərini də əhatə edir.
Makron həmçinin bildirib ki, Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi çərçivəsində Ukrayna qırıcılarının modernləşdirilməsi və Kiyevə 16 ədəd "Rafale" qırıcısının verilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu təyyarələr 2028–2029-cu illərdə Ukrayna səmasında xidmətə başlayacaq, pilotların təlimləri isə yaxın aylarda start götürəcək.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031