6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Bolqarıstan Ukraynaya dəstək verən “könüllülər koalisiyası”ndan çıxıb

14-iyul-2026, 16:22
Bolqarıstan Ukraynaya dəstək verən “könüllülər koalisiyası”ndan çıxıb
Yazı Ölçüsü:

Bolqarıstan Ukraynanı Rusiyanın təcavüzünə qarşı dəstəkləyən ölkələr qrupuna – “könüllülər koalisiyası”na artıq qoşulmayacaq.

"PostMedia" xəbər verir ki, bu barədə ölkənin baş naziri Rumen Radev açıqlama verib.

Radevin sözlərinə görə, Sofiya Ukraynaya maliyyə və hərbi yardımın davam etdirilməsini müdafiə edən koalisiyada iştirak etmir. O bildirib ki, münaqişənin həlli hərbi yollarla deyil, diplomatik vasitələrlə mümkün ola bilər.

Bolqarıstanın baş naziri Ukraynaya hərbi yardımın verilməsinin tənqidçisi kimi tanınır. O, hakimiyyətə gəldikdən sonra Kiyevə pulsuz hərbi dəstəyi dayandırıb, lakin silah satışlarının davam etdiyini bildirib.

Radev daha əvvəl də Rusiyaya qarşı bəzi Aİ sanksiyalarına, o cümlədən Rus Pravoslav Kilsəsinin rəhbər şəxsləri və “Lukoyl” şirkətinin təsisçisi ilə bağlı məhdudiyyətlərə qarşı çıxıb. O, Moskva ilə “praqmatik münasibətlərin” tərəfdarı olduğunu qeyd edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930