6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Lavrov: "Rusiya Türkiyədən “Mavi Axın”a hücumlarla bağlı Kiyevə sərt mesaj gözləyir"

14-iyul-2026, 18:20
Lavrov: "Rusiya Türkiyədən “Mavi Axın”a hücumlarla bağlı Kiyevə sərt mesaj gözləyir"
Yazı Ölçüsü:

"Moskva Türkiyədən Ukraynanın “Mavi Axın” qaz kəmərinin infrastrukturuna qarşı həyata keçirdiyi iddia olunan hücumlarla bağlı Kiyevə sərt mesaj verməsini gözləyir".

"PostMedia" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrovun sözlərinə görə, Qara dənizdə Ukrayna pilotsuz katerlərinin Türkiyə yükləri daşıyan gəmilərə hücum etdiyi barədə məlumatlar var. O, həmçinin iddia edib ki, Türkiyəyə qaz nəql edən “Mavi Axın” qaz kəmərinin infrastrukturu da mütəmadi olaraq hücumlara məruz qalır.

Nazir bildirib ki, Rusiya bu məsələ ilə bağlı Türkiyə tərəfinin mövqeyi ilə maraqlanıb və Ankaranın hadisələrə açıq qiymət verəcəyinə, eləcə də Kiyevə sərt siqnal göndərəcəyinə ümid edir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031