6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pakistan, Qətər və Misir ABŞ və İranla gərginliyin azaldılması barədə yeni danışıqlar raundunu keçiriblər - AP

13-iyul-2026, 10:30
Pakistan, Qətər və Misir ABŞ və İranla gərginliyin azaldılması barədə yeni danışıqlar raundunu keçiriblər - AP
Yazı Ölçüsü:

Tərəflər arasındakı gərginliyi azaltmaq məqsədilə Pakistan, Qətər və Misir nümayəndələri ötən həftəsonu ABŞ və İranla növbəti diplomatik təmaslar raundunu həyata keçiriblər.

"PostMedia" xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Associated Press" (AP) agentliyi yayıb.

Agentliyin məlumatına görə, danışıqların əsas epizodlarından biri Pakistanın xarici işlər naziri İshaq Dar ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında baş tutan telefon danışığı olub. AP-nin məlumatına görə, vasitəçilər münaqişənin daha da gərginləşməsinin qarşısını almağa yönəlmiş səylərini davam etdirmək niyyətindədirlər.

Danışıqlar qarşıdurmanın yeni mərhələsi fonunda cərəyan edir. Bir qədər əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisindəki obyektlərə yeni zərbələr endirildiyini bəyan etmişdi. Öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt, Bəhreyn və İordaniyadakı Amerika hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

AP qeyd edir ki, atəşkəs barədə müvəqqəti razılaşmalardan və Vaşinqtonla Tehran arasındakı əvvəlki danışıqlar mərhələsindən sonra hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, vasitəçilik təşəbbüsləri hələ də davam etdirilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031