6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

CNN: İsrail yaxın günlərdə işğal etdiyi Livan ərazilərinin bir hissəsini qaytaracaq

10-iyul-2026, 09:40
CNN: İsrail yaxın günlərdə işğal etdiyi Livan ərazilərinin bir hissəsini qaytaracaq
Yazı Ölçüsü:

İsrail yaxın günlərdə Livanın işğal altında olan ərazilərinin bir hissəsinə nəzarəti Beyruta qaytarmağa hazırlaşır.

"PostMedia" xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı anonim mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrailin nəzarətində olan ilk “sınaq zonası” bir neçə gün ərzində Livana təhvil veriləcək. ABŞ rəsmisi bildirib ki, növbəti mərhələlər üçün nəzərdə tutulan digər zonalar da artıq müəyyənləşdirilib və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) prosesin irəliləməsi üçün hər iki tərəflə işləyir.

ABŞ administrasiyasının nümayəndəsi qeyd edib ki, Vaşinqton yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla əlaqələrə başlayaraq Livan hökumətinə həmin ərazilərdə və ümumilikdə ölkə üzrə suveren nəzarəti bərpa etməkdə dəstək göstərəcək.

Məsələ ilə bağlı tərəflər arasında növbəti qapalı danışıqların gələn həftə Romada keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, iyunun 26-da Livan və İsrail ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən beş mərhələli danışıqlardan sonra çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri ölkə ərazisində mərhələli şəkildə tam suveren nəzarəti bərpa etməli, qeyri-dövlət silahlı qrupları tərksilah edilməli və onların hərbi infrastrukturu ləğv olunmalıdır. Bunun qarşılığında İsrail qoşunlarının Cənubi Livandan çıxarılması üçün şərait yaradılması nəzərdə tutulur.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930