6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fidan: "ABŞ və İran Hörmüz boğazı ilə bağlı həftənin sonunadək razılığa gələ bilər"

10-iyul-2026, 20:58
Fidan: "ABŞ və İran Hörmüz boğazı ilə bağlı həftənin sonunadək razılığa gələ bilər"
Yazı Ölçüsü:

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, İran və ABŞ Hörmüz boğazından keçidlə bağlı fikir ayrılıqlarını bu həftənin sonunadək aradan qaldıra bilərlər.

"PostMedia"nın məlumatına görə, TRT telekanalına müsahibəsində Fidan deyib ki, boğazın açıq saxlanılması əsas şərtlərdən biridir, lakin tərəflər prosesləri fərqli qiymətləndiriblər. Onun sözlərinə görə, bu fikir ayrılığı gəmilərə hücumlara, gərginliyin artmasına və boğazın bağlanmasına gətirib çıxarıb.

Nazir qeyd edib ki, Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi qarşılıqlı anlaşmaya əsaslanmalıdır. O, İran və ABŞ arasında diplomatik təmaslardan sonra nisbi sabitliyin yarandığını və əvvəlki razılaşmaların bərpasının vacib olduğunu vurğulayıb.

Fidan əlavə edib ki, Hörmüz boğazının istifadəsi İran, Oman və beynəlxalq suların hüquqi statusunu əhatə etdiyi üçün bir neçə ölkənin maraqlarına toxunur.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın İranı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı razılaşmaları pozmaqda ittiham edərək ölkəyə genişmiqyaslı zərbələr endirdiyi, Tehranın isə buna cavab olaraq regiondakı ABŞ hərbi obyektlərini hədəf aldığı bildirilmişdi.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930