6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa İttifaqı Ukrayna üçün kreditin blokdan çıxarılması istiqamətində razılıq əldə edib

22-aprel-2026, 21:53
Avropa İttifaqı Ukrayna üçün kreditin blokdan çıxarılması istiqamətində razılıq əldə edib
Yazı Ölçüsü:

Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditin təsdiqi prosesini hələ tam yekunlaşdırmayıb.

"PostMedia" Ria Novosti"yə istinadən xəbər verir ki, bu paket əvvəl Macarıstan tərəfindən bloklanmışdı.

Məlumata görə, kredit üzrə razılıq artıq daimi nümayəndələr səviyyəsində əldə olunub. Sənədin yekun təsdiqi üçün Avropa İttifaqı Şurasında yazılı prosedur başladılıb və onun bu həftənin sonuna, ehtimal ki, cümə axşamı günün ikinci yarısına qədər tamamlanacağı gözlənilir.

Qeyd olunur ki, Macarıstanda keçirilən parlament seçkilərində baş nazir Viktor Orbán-ın məğlubiyyəti bu prosesə təsir edib. Onun hökuməti daha əvvəl Ukraynaya kredit ayrılması qərarını ləngidirdi.

Orbánın varisi Péter Magyar isə bu təşəbbüsü bloklamayıb və nəticədə məsələ yenidən gündəmə gətirilərək irəlilədilib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31