6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Venesuelanın lideri ABŞ-a dəvət aldığını açıqlayıb

12-fevral-2026
Turan Hüseynli
Venesuelanın lideri ABŞ-a dəvət aldığını açıqlayıb
Yazı Ölçüsü:
Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez "NBC News"ə bildirib ki, ABŞ Energetika Naziri Kris Raytın Karakas səfəri zamanı ona Amerikaya dəvət göndərilib:
“Mən ABŞ-a dəvət olunmuşam. Oraya səfəri planlaşdırırıq, elə ki əməkdaşlıq qurub irəliləyə bilək”.
"PostMedia" xəbər verir ki, Rodrigez, ABŞ-ın ölkə prezidenti Nikolas Maduroyu həbs etməsindən sonra keçmiş vitse-prezident və neft naziri olaraq, yanvarın əvvəlində Venesuelanın prezidenti vəzifəsinə and içib.
O, Rayt ilə birlikdə Venesuelanın neft sənayesini onilliklər boyu yığılan zəif idarəçilik, yatırımların azlığı və ABŞ sanksiyaları nəticəsində yaranan çətin vəziyyətdən çıxarmaq üçün işləyir və amerikalı investorların bu prosesdə ön sırada olacağı vurğulanır.
Eyni zamanda Rodrigez NBC-yə açıqlayıb ki, ABŞ-da narkotik və silah qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Maduroyu öz ölkəsinin qanuni prezidenti hesab edir:
“Mən sizə deyə bilərəm ki, prezident Nikolas Maduro qanuni prezidentdir. Bunu sizə hüquqşünas kimi deyirəm. Həm prezident Maduro, həm də birinci xanım Silia Flores günahsızdırlar.”
Kateqoriyalar