6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Britaniyalı bukmekerlər Starmerin istefa ehtimalını 83% qiymətləndirirlər

12-fevral-2026
Turan Hüseynli
Britaniyalı bukmekerlər Starmerin istefa ehtimalını 83% qiymətləndirirlər
Yazı Ölçüsü:
"Oddschecker" mərc aqreqatorunun məlumatına görə, britaniyalı bukmekerlər Böyük Britaniyanın baş naziri Keyr Starmerin vəzifəsindən getmə ehtimalını təxminən 83% səviyyəsində qiymətləndirirlər.
"PostMedia" xəbər verir ki, məlumata əsasən, Starmerin ilin sonuna qədər istefa vermə ehtimalı 82,83% təşkil edir.
Növbəti ən real ssenari təxminən 7% ehtimalla 2029-cu ildə və ya daha sonra istefa verməsidir ki, bu da faktiki olaraq 2029-cu il seçkilərində qələbə qazanacağı anlamına gəlir. 2027-ci ildə istefa ehtimalı da təxminən 7%, 2028-ci ildə isə 3% olaraq qiymətləndirilir.
Daha əvvəl istefası ilə bağlı yayılan xəbərlər fonunda Starmer seçicilərin ona verdiyi mandatdan heç vaxt imtina etməyəcəyini bəyan etmişdi.
Xatırladaq ki, bazar günü Böyük Britaniya baş nazirinin aparat rəhbəri Morqan MakSvini, ölkənin ABŞ-dakı keçmiş səfiri Piter Mandelsonun amerikalı maliyyəçi Cefri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda istefa verib. Bundan sonra bir sıra Leyborist Partiyası deputatları və müxalifət nümayəndələri Starmeri də istefaya çağırıblar. Lakin hökumət kabinetinin bütün üzvləri baş nazirə dəstək nümayiş etdiriblər.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən Epşteyn işi üzrə yeni sənədlərin dərcindən sonra Britaniya mediası ortaya çıxarıb ki, Mandelson 2009-cu ildə Qordon Braunun hökumətində biznes naziri olduğu dövrdə Böyük Britaniya hökumətinə aid daxili sənədi Epşteynə göndərib. Bu faktla bağlı Britaniya polisi Mandelson barəsində cinayət araşdırmasına başlayıb.
Kateqoriyalar