6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsinin tam dayandırılması məsələsi müzakirə edilmir - Laricani

11-fevral-2026, 23:56
ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsinin tam dayandırılması məsələsi müzakirə edilmir - Laricani
Yazı Ölçüsü:

İran bəyan edib ki, ABŞ ilə danışıqlarda uranın zənginləşdirilməsinin tam dayandırılması məsələsi müzakirə edilmir.

"PostMedia" xəbər verir ki, bunu “Al Jazeera” telekanalına verdiyi müsahibədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib.

Onun sözlərinə görə, uranın zənginləşdirilməsinin dayandırılması gündəmdə deyil və İran üçün bu, enerji və dərman sənayesi sahələrində vacibdir.

Fevralın 6-da Oman paytaxtında İran və ABŞ arasında Tehranın nüvə proqramı ilə bağlı yaranmış böhranı həll etmək məqsədilə yeni danışıqlar mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi rəhbərlik edib, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Vitkof rəhbərlik edib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031