6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Şimali Koreyada 1 dollarlıq yerli istehsal rom satışa çıxarılıb

02-fevral-2026
Şimali Koreyada 1 dollarlıq yerli istehsal rom satışa çıxarılıb
Yazı Ölçüsü:

Şimali Koreya öz rom istehsalına başlayıb.

"PostMedia" xəbər verir ki, alkoqol dərəcəsi 40% olan bu içki üzərində qızılı hərflərlə “Rom” sözü yazılmış etiketlə təqdim olunur və paytaxt Pxenyanın Çunqin (Chungjin) rayonundakı zavodda istehsal edilir.

Əsas tərkib hissəsi kimi şəkər göstərilib, lakin onun mənşəyi qeyd olunmayıb. 175 ml-lik şüşənin qiyməti 1 dollardır.

Şimali Koreyada alkoqol mədəniyyəti kifayət qədər inkişaf edib. İçkilərin çeşidi ənənəvi taxıl distillatlarından tutmuş müasir kraft pivələrə qədər uzanır. Ən populyar içki sojudur. Ondan sonra isə ildən-ilə populyarlığı artan pivə və tez-tez “kənd içkisi” adlandırılan makgeolli düyü şərabı gəlir. Makgeolli xüsusilə kənd yerlərində və festivallarda geniş yayılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930