6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Böyük Britaniya bir rusiyalı diplomatı ölkədən çıxarır

02-fevral-2026, 18:09
Böyük Britaniya bir rusiyalı diplomatı ölkədən çıxarır
Yazı Ölçüsü:

Böyük Britaniya hakimiyyəti bir rusiyalı diplomatın akkreditasiyasını ləğv edərək onu ölkədən çıxarmaq qərarı verib. "PostMedia" xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Qərarın Rusiyanın addımlarına cavab olduğu bildirilir. Yanvarın ortalarında Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvadakı Böyük Britaniya səfirliyinin əməkdaşı Qaret Samuel Devisin Britaniya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini açıqlamış, diplomat akkreditasiyadan məhrum edilərək iki həftə ərzində ölkəni tərk etməyə məcbur edilmişdi.

Cavab olaraq Londonda Rusiyanın səfiri Andrey Kelin Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Rəsmi London bu addımı diplomatik missiyaya qəbuledilməz təzyiq kimi qiymətləndirərək qarşılıqlı tədbirlərin görüldüyünü bildirib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031