Tramp BMT-nin baş qərargahının Nyu-Yorkdan köçürülməsinin əleyhinədir
02-fevral-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin BMT qarşısında öhdəliklərini yerinə yetirib-yetirmədiyindən xəbərdar olmadığını bildirib.
"PostMedia" xəbər verir ki, bunu o, "Politico"ya müsahibəsində deyib.
Bununla belə, o, problemi “çox asanlıqla həll edə biləcəyinə” əminliyini ifadə edib və əlavə edib ki, BMT xahiş edərsə, digər ölkələri ödəniş etməyə məcbur edə bilər.
“Əgər onlar Trampın yanına gəlib desələr, mən hamını ödəməyə məcbur edərəm — NATO-da etdiyim kimi. Mənə sadəcə həmin ölkələrə zəng etmək qalır… onlar bir neçə dəqiqə ərzində çekləri göndərəcəklər”, — deyə o bildirib.
Trampın bu açıqlaması The New York Timesın BMT-nin yüksəkvəzifəli rəsmilərinin nağd vəsait tükənərsə, təşkilatın fəaliyyətini azaltmaq və ya hətta Nyu-Yorkdakı baş qərargahını bağlamaq məcburiyyətində qala biləcəyi barədə xəbərindən sonra səslənib.
Tramp bu ideyanı dərhal rədd edib.
“Mən bunun məqsədəuyğun olduğunu düşünmürəm. BMT Nyu-Yorku və ABŞ-ı tərk etmir, çünki BMT-nin böyük potensialı var”, — deyə o qeyd edib.
Təşkilatın verdiyi vədləri yerinə yetirmədiyini iddia etsə də, Tramp BMT-ni əvəzolunmaz institut adlandırıb, xüsusən də onun qlobal arenadakı rolu gələcəkdə daha da önəmli ola biləcəyini vurğulayıb.
“Mən artıq olmayanda, BMT müharibələri həll edə biləcək. Onun böyük potensialı var. Çox böyük”, — deyə ABŞ prezidenti fikrini yekunlaşdırıb.
Qeyd edək ki, Tramp daha əvvəl dəfələrlə BMT-ni sərt tənqid edib.
Energetika naziri Ağsuda vətəndaşları qəbul edəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan İrana nota verəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan XİN İranın dron hücumlarını pisləyib
05-mart-2026
Hadisə
İran Naxçıvanı vurdu - VİDEO
05-mart-2026
Sosial
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb