6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Makronun gün eynəyini ələ salıb

30-yanvar-2026, 08:24
Tramp Makronun gün eynəyini ələ salıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp “Ağ Ev”in kabinet iclası zamanı fransalı həmkarı Emmanuel Makronun gün eynəyini xatırladıb.

PostMedia” xəbər verir ki, Tramp bu aksessuardan müxtəlif ölkələrdən idxala tətbiq olunan gömrük rüsumları müzakirə edilərkən bəhs edib.

O bildirib ki, Makron bu məsələni müzakirə etdiyi ilk liderlərdən biri olub.

“O vaxt eynək taxmırdı”, – deyə ABŞ prezidenti bildirib və bu sözlər zalda gülüş doğurub.

Tramp eyni zamanda növbəti dəfə həmkarının fransız aksentini istehza ilə təqlid edib.

Xatırladaq ki, Fransa prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumunda iri ölçülü aviator tipli gün eynəyi taxmışdı.

Makron gün eynəyi taxmasını göz damarının partlaması ilə izah etmişdi.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31