6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Hərbi Dəniz Qüvvələri İranla gərginlik fonunda Yaxın Şərqə daha bir döyüş gəmisi göndərib

29-yanvar-2026, 20:45
ABŞ Hərbi Dəniz Qüvvələri İranla gərginlik fonunda Yaxın Şərqə daha bir döyüş gəmisi göndərib
Yazı Ölçüsü:
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqə daha bir döyüş gəmisi göndərib.
"PostMedia" xəbər verir ki, bu barədə bölgədə hərbi qüvvələrin genişmiqyaslı cəmləşdirilməsi və İranla gərginliyin artması fonunda cümə axşamı "Reuters"ə amerikalı rəsmi bildirib. Anonimlik şərti ilə danışan rəsmi qeyd edib ki, ABŞ-nin “Delbert D. Black” döyüş gəmisi son 48 saat ərzində bölgəyə daxil olub.
Beləliklə, Yaxın Şərqdə minaaxtaran gəmilərin sayı altıya çatacaq, həmçinin bölgədə bir aviadaşıyıcı və üç digər sahil döyüş gəmisi də mövcuddur.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində “nəhəng donanmanın” İrana doğru yola düşdüyünü bildirib və Tehrana “saziş bağlamağa” çağırış edib.
Öz növbəsində, İran dəfələrlə bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan danışıqlara hazır olduğunu bəyan edib.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31