Rusiya və Ukrayna arasında sülh sazişi yaxın vaxtlarda imzalanacaq – Uitkoff
29-yanvar-2026
Turan Hüseynli
Yazı Ölçüsü:
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ prezidenti Donald Trampa hökumət iclası zamanı bildirib ki, Ukrayna ilə Rusiya arasında sülh sazişi “yaxın vaxtlarda” bağlanacaq.
"PostMedia" xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
“Bizim təhlükəsizlik protokolu üzrə razılaşmamız var ki, böyük ölçüdə tamamlanıb, həmçinin rifah (iqtisadi əməkdaşlıq) haqqında razılaşma da əsasən hazırdır. Düşünürəm ki, Ukrayna xalqı hazırda ümid edir və gözləyir ki, tezliklə sülh sazişi imzalayacağıq”, – deyə Uitkoff qeyd edib.