6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ Kiber Təhlükəsizlik Agentliyinin rəhbəri təsadüfən məxfi məlumatları "ChatGPT"nin açıq söhbətinə yükləyib

28-yanvar-2026
ABŞ Kiber Təhlükəsizlik Agentliyinin rəhbəri təsadüfən məxfi məlumatları "ChatGPT"nin açıq söhbətinə yükləyib
Yazı Ölçüsü:

ABŞ Kiber Təhlükəsizlik və İnfrastrukturun Təhlükəsizliyi Agentliyinin (CISA) müvəqqəti rəhbəri Madhu Qommumukkala təsadüfən məxfi materialları "ChatGPT"nin hamı üçün açıq olan söhbətinə yükləyib.

"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Hadisə 2025-ci ilin yayında baş verib. Yüklənən məlumatlar məxfi sənədlər olmayıb, lakin “yalnız rəsmi istifadə üçün” qeydi olan materialları əhatə edib.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi (CISA-ya nəzarət edən qurum) insidentlə bağlı araşdırmaya başlayıb. Araşdırmanın nəticələri hələlik məlum deyil.

ChatGPT-də söhbətlər standart olaraq açıq olur: əgər istifadəçi onları silməzsə, istənilən şəxs birbaşa keçid vasitəsilə həmin söhbətlərə daxil ola bilər. Hətta silindikdən sonra belə, arxivləşdirilmiş söhbətlər "ChatGPT"nin gələcək təlimi məqsədilə "OpenAI" mütəxəssisləri tərəfindən baxıla bilər.

Qeyd edək ki, ABŞ Kiber Təhlükəsizlik və İnfrastrukturun Təhlükəsizliyi Agentliyi, digər məsələlərlə yanaşı, Rusiyanın və Çinin kimi rəqib ölkələrin haker hücumlarından kritik şəbəkələrin qorunmasına cavabdehdir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930