6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NYT - Tramp İranın 1979-cu ildən bəri "ən zəif nöqtəsində" olduğu barədə kəşfiyyat hesabatları alıb

27-yanvar-2026, 21:33
NYT - Tramp İranın 1979-cu ildən bəri "ən zəif nöqtəsində" olduğu barədə kəşfiyyat hesabatları alıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp bir neçə kəşfiyyat hesabatı alıb ki, həmin sənədlərə əsasən, İslam Respublikası şah Məhəmməd Rza Pəhləvinin devrildiyi 1979-cu il İslam inqilabından bəri özünün "ən zəif nöqtəsindədir".

"PostMedia" xəbər verir ki,  bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin məsələdən agah olan mənbələrə istinadən qeyd etdiyi kimi, kəşfiyyat hesabatları eyni zamanda Tehranın mövqelərinin zəifləməkdə davam etdiyini göstərir.

Bu məlumat İranda artıq 30 gündür davam edən ümummilli etiraz aksiyaları fonunda dərc olunub. Xatırladaq ki, aksiyalar əvvəlcə iqtisadi çətinliklər və həyat səviyyəsinin aşağı düşməsinə qarşı narazılıqla başlasa da, sonradan genişmiqyaslı iğtişaşlara çevrilib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31