6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Finlandiya hərbi kəşfiyyatı: "Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi statusunu itirib"

27-yanvar-2026, 20:56
Finlandiya hərbi kəşfiyyatı: "Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçi statusunu itirib"
Yazı Ölçüsü:
Rusiya Ermənistan və Azərbaycan arasındakı münaqişənin tənzimləyicisi mövqeyini itirib.
"PostMedia" xəbər verir ki, bu barədə Finlandiya hərbi kəşfiyyatının 2026-cı il üzrə icmalında deyilir.
"Rusiya hələ də Cənubi Qafqazda mühüm oyunçudur, lakin onun təsiri azalıb. Moskva Ermənistan və Azərbaycan arasındakı münaqişənin nizamlayıcısı statusunu itirib və hər iki ölkənin Rusiya ilə münasibətləri zəifləyib".
İcmalda qeyd edilir ki, Gürcüstan Ermənistan və Azərbaycandan fərqli olaraq, Gürcüstan siyasi baxımdan Rusiya ilə daha da yaxınlaşıb. Moskvanın qlobal təsirini artırmaq hədəfi dəyişməz qalıb. Kreml Qərbi təhlükə kimi görür və Ukraynadakı müharibə, digər münaqişələr və hibrid təsirlər vasitəsilə onu zəiflətməyə çalışır.
Rusiyanın diqqəti əsasən keçmiş SSRİ məkanı və Ukraynadakı müharibəyə yönəlib. Moskva digər məqsədlərinə nail olmaq bahasına bu müharibəni davam etdirir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031