N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ prezidenti NATO-nun 5-ci maddəsinin tətbiqini istədiyini bildirib

23-yanvar-2026
Turan Hüseynli
ABŞ prezidenti NATO-nun 5-ci maddəsinin tətbiqini istədiyini bildirib
Yazı Ölçüsü:

ABŞ NATO-nun 5-ci maddəsinin tətbiq olunmasını istədiyini açıqlayıb.

"PostMedia" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Bəlkə də NATO-nun möhkəmliyini yoxlamaq lazımdır 5-ci maddəni tətbiq edib NATO-nu buraya, cənub sərhədimizi qeyri-qanuni miqrantların davam edən axınından qorumağa cəlb edək. Bu da sərhəd patrulunun çoxsaylı əməkdaşlarını digər tapşırıqlar üçün azad etməyə imkan verər”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, NATO-nun 5-ci maddəsi kollektiv müdafiə prinsipinə əsaslanır. Bu prinsipə görə, alyansın bir üzvünə qarşı silahlı hücum bütün üzvlərə qarşı hücum hesab olunur və nəticə etibarilə üzv ölkələr təhlükəsizliyin bərpası üçün, o cümlədən silahlı qüvvə tətbiqi yolu ilə, bir-birinə yardım göstərməyə borcludurlar.

Kateqoriyalar